AMB-nin saxlancına daha 363 kq qızıl təhvil verilib

29-07-2017, 10:09           
AMB-nin saxlancına daha 363 kq qızıl təhvil verilib
Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra iyulun 27-də Azərbaycana gətirilib.
Bu barədə “Report”a Maliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycan hökumətinin mənfəət payı olan - 11655,2 troy unsiya (362,6 kiloqram) miqdarında növbəti partiya qızıl külçələrini nazirliyin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti qəbul edib və Azərbaycan Mərkəzi Bankında (AMB) yerləşdirilib.
Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan hökumətinin mənfəət payı olan -49158,6 troy unsiya (1529,1 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək AMB-də saxlanca verilib.
Ümumilikdə, bu günkü tarixə AMB-də saxlancda olan Azərbaycan hökumətinə məxsus qızılın miqdarı 60813,8 troy unsiyaya (1891,7 kiloqrama) çatdırılıb. Onun bu günə bazar dəyəri 75,8 mln. ABŞ dolları təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru