Həyat yoladaşı tərəfindən butulka ilə zorlanan və 500 Azn-ə satılan qadının açıqlaması -YENİLƏNİB/VİDEO
15-08-2017, 11:41

VİDEO-Həyat yoladaşı tərəfindən butulka ilə zorlanan və 500 Azn-ə satılan qadının açıqlaması-YENİLƏNİB
Getməyə yeri olmayan, şiddətə məruz qalan, sıxıntılı həyat yaşayan, çətinliklərə sinə gərən bir çox qadın var dünyada...
Son günlər BakuPress.Az saytının "Təmiz dünya" ictimai birliyinin sığınacağında olan bir xanimin bir çox işgəncələrə, butulka ilə zorlandığı amma bu günə qədər cinayətkarın cəzasız qalması, xanımın həyatının təhlükədə olmasını ictimayyətləşdirdik."Ata qızını zorladı", "Qardaş bacısını zorladı", "12 yaşlı uşaq zorlandı", "Azyaşlı qız zorlandıqdan sonra öldürüldü"...
Bu kimi xəbərlər tez-tez qarşımıza çıxsa da, belə hadisələr çox zaman hüquq mühafizə orqanları ilə yanaşı mediadan, insanlardan gizli saxlanılır. İnsanlar bu cür hadisələri gizlətməyə daha çox üstünlük verirlər. Çünki strereotiplər bu səddi aşmağa imkan verməyib. "Ayıbdı, biabır olarıq", - kimi fikirlər belə cinayətlərin ört-basdır edilməsinə, cinayətkarların cəzasız qalmasına səbəb olur. Amma "zorlama" hadisələrinin insanların psixikasına, sağlamlığına vurduğu zərbə ömür boyu davam edir.
BakuPress.Az xəbər verir ki, bu dəfə seksual təcavüzə uğramış şəxsin hansı psixoloji, fizioloji problemlər yaşadığını,həyatının təhlükədə olmasını araşdırmağa çalışdıq.Hətta bəzi həmkarlarımız bizi qeyri peşakarlıqda qınadılar.Amma xatırladım ki,biz kifayət qədər peşəkarıq və lazım olan suallarıda verib cavabınıda almışıq.Əgər qeyri_ peşəkar olsaydıq bütün danışıqları bir başa verərdik.Ceyhun Mehrəliyev əgər mövqe bildirmək istəyirdisə niyə bizə müraciət edib açıqlamasını vermir, tamam başqa mətbuata açıqlama verir?Təbii ki,yenə bu onun şəxsi işidir, bizim işimiz kimisə mühakimə etmək deyil, əsl həqiqəti ortaya çıxarmaqdır.Ceyhun Mehrəliyev deyir ki,mənim ailəmi Aidə dağıtdı bu ailə 3 ay davam etdi...
Bununla əlaqədar Ceyhun Mehrəliyevin keçmiş qaynatası ilə (adını şəxsin iş nüfuzuna görə gizli saxlayırıq amma aidiyyəti orqanlara adı tam açıqlıya bilərik)telefon əlaqəsi saxladıq,o qeyd etdi ki,"Ceyhun "super maşeynikdir "qızım, ondan haralara şikayet etməmişik amma nəsə bir cavab yoxdur.3ayda başımıza gəlməyən oyun qalmadı onun anası bacısı hamısı dələduzdur.Aidə mənim qızımın evini dağıtmayıb ,əksinə mən Aidəni qınadım ki,sən o evdə gəlin ola ola niyə bizə demirdin oda qeyd etdi ki,mənim nə ixtiyarım var idi necə əlaqə saxlaya bilərdim.Ay qızım, bu adam 5 yaşlı körpəsinə alimentdən yayınır bizə olan borcu bir yana.Onun arxasında Masallıda hakim yeznəsi və Şəmkirdəki hakim qohumu durur.Məndə onun aidiyyəti orqanlardan cəzasını istəyirəm. Avqustun 29 -u məhkəmədir sizdə ora buyura bilərsiniz...."
Təbii ki,adı çəkilən hakimlərində mövqeyini dərc edəcik. Onlar kimdir təffəruatı ilə açıqlanacaq.Bir şey maraqlıdır ədalət məhkəməsin hakimləri bu cür haqsızlığı müdafiə edirlər.Aidənin biz səhvini düzünü müzakirə etməyə yox, onun hüququnun düzgün müdafiə olunmasını istəyirik.Qaldıkı ki,Aidəyə o Ceyhunun ailəsinə nə qayitmaq nədə onlardan heçnə istəmir.Sadəcə Ceyhunun cinayetinin düzgün qiymətləndirilməsi və onun təhdid və hədə qorxulardan canını qutarmaq üçün kömək istəyir.Maraqlıdır adı çəkilən şəxs Aidənin qardaşının videosu hansı səbəbə çəkib."Xadimənin" qardaşının videosu bu qədərmi önəmli idi? Nəisə biz əsas odur ümidsiz bir adama bacardığımız köməyimizi əsirgəməməliyik."Təmiz dünya" ictimai birliyinin sosial işçisi və Aidənin ictimai vəkili Şəhla Hüseynovada bildirdi ki,Aidə haqqında və Ceyhun Mehrəliyevin əməllərini tam araşdırmaq üçün təşkilatımıza müraciət etsinlər və biz faktlar və aktlarla tam doğru məlumatları verə bilərik.Təşkilatın sədri Mehriban Zeynalova isə Ceyhun Mehrəliyevin hər an təışkilatı və Aidəni təhdid etməsi barədə mətbuata və DİN-ə müraciət etdiyini qeyd etdi.Mehriban xanım qeyd etdi ki,biz hər birimiz cinayətkarı deyil zərərçəkmişi müdafiə etməliyik. Bütün olanları tam geniş şəkildə videomaterialda baxa bilərsiniz.
[media=https://www.youtube.com/watch?v=-We6AH6EZxY]
P.S. Qaldı ki,bizi qeyri peşəkarlıqda qınayanlara xatırladım ki,peşəkarlıq uydurma nağıl və bu nağılı uyduranı qəhrəmana çevirmək deyil, haqqın ədalətin tərəfində olmaqdır. Biz bir köməksiz qadının təhdidlərdən və hədə qorxulardan azad olmağı üçün aidiyyəti orqanların ona kömək etmək üçün gündəmə gətirdik.Məhşur bir deyimidə sonda xatırladım "kişi fahişəni məlakəyə çevirər,məlakəni fahişəyə yox" Bizi izləyin ...Adı çəkilən hər bir kəsin mövqeyini dinləməyə hazırıq...
Həyat yoladaşı tərəfindən butulka ilə ilə zorlandı və 500 Azn-ə satıldı-VİDEO
Həyatın dəyərini bilmək istəsəniz bədbəxt bir qadının üzünə baxın.İlahi kitablar olmasaydı, ən müqəddəs sözləri bədbəxt qadınların söyləyəcəyinə inanardım.Bədbəxt qadınlar həyata necə baxarlar, hamımız bilərik əslində. Əksəriyyətimiz qorxarıq bir qadının gözlərinə baxmağı amma baxdım və dinlədim çətin və ağır olsada... Belə bir bədbəxt taleli qadınların biri "Təmiz Dünya" ictimai birliyinin sığınacağına sığınan bir zavallı qadındır.Həyat yoldaşı tərəfindən butulka ilə zorlanan ,sonra 500 Azn-ə yad bir kişiyə satılan,4 yaşlı körpəsinin gözü önündə döyülüb ,bıçaqlanan biçarə bir qadının söylədiklərini eşitsəniz dəhşətə gələcəksiniz.Baxmayaraq ki,bu cür cinayətlər törətmiş şərəfsiz biri hələdə azadlıqdadır.Hələdə bu qadının həyatı təhlükədədir və hədə qorxu və təhdidlər davam edir.Amma nədənsə Sumqayıt polisi və prokrorluğu bu cinayətkarın əməllərinə göz yumur.Bütün bunlara videomaterialmızda daha geniş baxa bilərsiniz..
[media=https://www.youtube.com/watch?v=gnqXfFIFl4I]