Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırır

15-08-2017, 18:03           
Azərbaycan Rusiyaya ət və süd məhsullarının ixracını artırır
Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə İşçi Qrup Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiyaya ixracının genişləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, görülmüş tədbirlər nəticəsində Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.

Beləliklə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb. Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru