Rayon icra hakimiyyəti başçılarının müavinlərinin dövlət qulluğu üzrə test imtahanından keçməsinə dair tələb ləğv edilib
28-02-2018, 09:22
İcra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi və müavini də test imtahanından keçməyəcək Azərbaycanda yerli icra hakimiyyəti başçısının birinci müavini və müavininin dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməsi barədə tələb ləğv edilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini də artıq dövlət qulluğunun inzibati vəzifəsi üzrə test imtahanından keçməyəcək.