Müharibə başlayarsa düşməni Xankəndidə vurmaq lazımdır - Hərbi ekspert ŞƏRH EDİR

28-02-2018, 14:14           
Müharibə başlayarsa düşməni Xankəndidə vurmaq lazımdır - Hərbi ekspert ŞƏRH EDİR
“Düşməni ürəyindən vurmaq lazımdır. Dağlıq Qarabağdakı separatçı qüvvələrin ürəyi isə Xankəndidir".

Bunu BiG.AZ-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

O, qeyd edib ki, bu istiqamətdə danışıqlar davam etdirilir: “Düşməni ürəyindən vurmaq lazımdır. Dağlıq Qarabağdakı separatçı qüvvələrin ürəyi isə Xankəndidir. Bütün əməliyyatlar da Xankəndinin geri alınması istiqamətində aparılmalıdır. Döyüş əməliyyatının istiqaməti ətraf rayonları mühasirə vəziyyətinə salaraq Xankəndinə çıxış əldə etmək lazımdır. Xankəndinə çıxış əldə etmək üçündə ən uğurlu istiqamətdə Tərtər, Ağdam və Füzuli tərəfdən ola bilər. Bu rayonlar Azərbaycan ordusunu tez bir zamanda Xocalıya, Əsgərana, Şuşaya və Xankəndinə apara bilər. Bununlada düşmənin əsas qərargahına zərbə vurula bilər. Qələbə Xankəndinin, Xocalının və Şuşanın alınmasından sonra əldə edilə bilər. Dağlıq Qarabağdakı separatçı qüvvələrin əsas qərargahları bu ərazilərdə yerləşir. Müdafiə xətti isə bütün təmasboyu ərazilərdir”.

Ekspert vurğulayıb ki, 2016-cı ilin aprel ayında əldə edilən qələbə Azərbaycan ordusunun Qarabağ ərazisinə girişi oldu: “Əlbəttə bu qələbə bizim Dağlıq Qarabağdakı uğurlu əməliyyatların başlanğıcı olaraq. Bu ermənilərin Kəlbəcər istiqamətində manevr etməsinin qarşısını ala bilən istiqamətdir. Azərbaycan silahlı qüvvələri az bir zamanda Dağlıq Qarabağı və işğalda olan 7 rayonun azad etmək gücünə malikdir. Ordumuzun hərbi texniki gücü imkan verir ki, Ermənistanın Dağlıq Qarabağ ərazisindəki hərbi birləşmələrini məhv etsin. Bunu ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr dövlətlər də bilir. Həmsədr dövlətləri bilirlər ki, danışıqlar sülh danışıqlar mərhələsindən hərbi birləşmələrə keçərsə Ermənistan məğlubiyyətlə qarşılaşacaq. Bu da bəzi dövlərin maraqlarına ziddir. Bu baxımdan onlar maraqlıdırlar münaqişə sülh yolu həll edilsin. Azərbaycan dövləti düzgün mövqedədir. Biz işğalda olunan torpaqlarımızın azad edilməsini istəyirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.