Vəliəhd şahzadə: "Səudiyyə qadınları ölkədə ənənəvi geyimdə gəzməyə bilərlər"

20-03-2018, 09:48           
Vəliəhd şahzadə: "Səudiyyə qadınları ölkədə ənənəvi geyimdə gəzməyə bilərlər"
Səudiyyə qadınları bəzi detalları bədən və üz nahiyələrini tam olaraq örtən ənənəvi geyimdə gəzib-gəzməmək barədə müstəqil qərar verə bilərlər.

“Report” xəbər verir ki, bunu CBS telekanalına istinadən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman deyib.

O bildirib ki, şəriət hökmlərinə görə, qadın, əslinə baxılarsa, kişilərdə olduğu kimi ətrafdakılara hörmət əlaməti olaraq abırlı geyinməldir.

Bununla belə, qeyd olunur ki, bu qaydalar toplusu qadınların bədən və üzlərini tam örtən paltarları geyinmək məcburiyyətində olduqlarını nəzərdə tutmur.

"Hansı geyimi seçmək barədə qərar qəbul etmək qadınların müstəsna hüququ kimi müəyyən edilib", - deyə bin Salman bildirib.

Telekanalın məlumatına görə, krallığın dini liderləri hələ ki, şahzadənin təklifinə etiraz etməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru