Bəzi çörəklərdə duzun miqdarı dəniz suyunun duzuna bərabərdir

20-03-2018, 19:54           
Bəzi çörəklərdə duzun miqdarı dəniz suyunun duzuna bərabərdir
Bəzi çörəklərin tərkibindəki duz dəniz suyuna bərabərdir.

“Report”un xarici KIV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Duz və Sağlamlıq Hərəkatının (WASH) araşdırmasında bildirilir.

32 ölkəni əhatə edən araşdırmada fərqli çörək növlərinin tərkibindəki duzlar yoxlanılıb.

Ölkələr arasında birinci yeri Makedoniya tutub. Belə ki, həmin ölkədə 100 qrama bərabər olan ağ çörəklər üçün 1,42 qram duz müəyyən olunub. Çin isə ən çox duzsuz çörək istehsal edən ölkə sırasında qərarlaşıb. Həmin ölkə 100 qrama bərabər olan çörəyə 0,65 qram duz qatır.

Ümumdünya Səhiyyə Təşkilatı isə yetkin insanların gün ərzində 5 qr, 7 yaşdan aşağı insanların isə 2 qr duz qəbul etmələrini məsləhət görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru