Ermənistanda polkovnik-leytenant həbs edildi

20-03-2018, 22:23           

Ermənistanda rüşvətxorluğa görə polkovnik-leytenant həbs edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan özünün "Facebook" səhifəsində yazıb.

Məlumata görə, hərbi komissar N-in katibi, kapitan P.M. 2017-ci ilin avqust-sentyabr aylarında özünün indiki vəzifəyə təyin edilməsi üçün hərbi komissar N-in müavini, polkovnik-leytenant Q.M-ya Ermənistan müdafiə nazirliyinin müvafiq işçisinə ötürməsi üçün 3 min dollar məbləğində rüşvət verib.

Xüsusi böyük həcmdə rüşvət vermə və alma faktı üzrə Ermənistan hərbi polis idarəsində cinayət işi qaldırılıb və elə həmin gün iş İstintaq Komitəsinə göndərilib.

Q.M. həbs edilib, P.M. isə şəhəri tərk etməmək şərti ilə sərbəst buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru