Pomidorun qiyməti niyə bahadır? (VİDEO)

3-04-2018, 00:26           

Bazarlarda pomidorun kiloqramı 4-6 manatdır. Halbuki, ötən il bu vaxtı qiymətlər xeyli aşağı idi. Bu il pomidorun qiymətinin bu qədər baha olmasının səbəbləri nədir? Meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyasının sədri məsələyə aydınlıq gətirib.

Paytaxt bazarlarında pomidorun 1 kiloqramının qiyməti 4-6 manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, bu məhsulun topdansatış qiyməti yüksək olduğundan onlar da məcbur bu qiymətə satırlar.

Halbuki, ötən ilin müvafiq dövründə pomidor alıcılara təxminən 3 manatdan təklif edilib.

Azərbaycan meyvə-tərəvəz istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Bəşir Quliyev isə deyir ki, bu il mart-aprel ayı üçün istehsal gözləniləndən aşağı olub.Bu da qiymətlərin baha olmasının başlıca səbəbidir.

Bəşir Quliyevin sözlərinə görə, bu qiymət artımı müvəqqəti xarakter daşıyır. Yaxın 1-2 həftə ərzində 1 kiloqram üçün qiymət 1 manat 50 qəpiyə qədər enəcək.

Kənt Təsərrüfatı Nazirliyində isə “Xəzər Xəbər”ə bildirilib ki, xaricə daha çox məhsulun göndərilməsi qiymətələrə öz təsirini göstərib. Bu da müvəqqəti xarakter daşıyır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru