Dünyaya xəbərdarlıq edildi: bütün pullar oğurlana bilər

14-08-2018, 20:03           
Dünyaya xəbərdarlıq edildi: bütün pullar oğurlana bilər
Bütün dünyadakı banklara məxsus ATM-lər kiberhücuma məruz qala bilər.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Federal Tədqiqatlar Bürosu (FTB) məlumat yayıb.

Kibertəhlükəsizlik mütəxəssisi Brian Krebsin əldə etdiyi sənəddə də cinayətkarların kiberhücum edərək, bir neçə saat ərzində bütün dünyadakı ATM-lərdən dollarları oğurlamağı planlaşdırdığı qeyd olunub.

FTB həmçinin, bir sıra banklara ehtiyyatlı olmaları barədə xəbərdarlıq edib. Təhlükəsizlik qaydalarına əməl etməyən banklarda bu riskin daha yüksək olduğu bildirilib.

Qeyd edək ki, 2009-cu ildə kiberhucüm vasitəsilə dünyanın müxtəlif yerlərindəki ATM-lərdən təxminən 9 milyon dollar oğurlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru