Adnan Oktarın məhkəməsində 3 məşhur müğənninin adı çəkildi

1-11-2019, 00:00           
Adnan Oktarın məhkəməsində 3 məşhur müğənninin adı çəkildi
Keçən ilin yayında Türkiyədə qadınları əxlaqsızlığa cəlb etmək, dövlətə qarşı əməllər törətməkdə ittiham olunaraq həbsə atılan din xadimi Adnan Oktarın məhkəməsində hər dəfə maraqlı detallar üzə çıxır.

Bu dəfə onun “kedicik”lərindən biri 3 məşhur müğənninin adını çəkib.

Manevr.az xəbər verir ki, Adnan Oktarın məhkəməsində Muazzez Ersoyun, Kibariyenin və Seda Sayanın adları çəkilib. Adnan Oktarın “kedicik”lərindən olan Alev Babuna həmin müğənnilərin din xadimi ilə yaxşı münasibətləri olduğunu bildirib.

“Muazzez Ersoy Adnan bəyi çox sevərdi. Kibariye ona “aşkitom” deyərdi. Seda Sayan qucaqlayırdı, öpürdü, “aşkım, bəbəyim, ruhum, həyatım” deyirdi”, - Alev Babuna belə deyib.

“Kedicik” özünü günahkar saymadığını bildirib. O, Adnan Oktarı 32 ildir tanıdığını, din xadiminə güvəndiyini söyləyib.

Alev Babuna başqa müğənnilərin də adını çəkib. “Kedicik” Adnan Oktarın Müslüm Gürsəsə xəstə olduğu vaxt kömək etdiyini bildirib.bizimyol.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru