Avstraliya telekanalı Rusiya prezidenti barəsindəki verilişə görə hakerlərin hücumuna məruz qaldı

29-03-2021, 06:58           
Avstraliya telekanalı Rusiya prezidenti barəsindəki verilişə görə hakerlərin hücumuna məruz qaldı
Avstraliyanın doqquzuncu kanalı (9News) canlı efir zamanl kiberhücuma məruz qalıb.

Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata əsasən, kiberhücumun rusiyalı hakerlər tərəfindən təşkil olunduğu güman edilir. Belə ki, martın 29-da telekanalda “İstintaq altında” verilişinin Rusiya prezidenti Vladimir Putinə həsr olunmuş növbəti sayının efirə getməsi planlaşdırılır.

Teleşirkət bəyan edib ki, kiberhücum verilişin efir planlarına təsir etməyəcək və o, öncədən nəzərdə tutulmuş vaxtda nümayiş olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru