Türkiyəyə köçən azərbaycanlı aparıcının başına iş gəldi

29-03-2021, 10:44           
Türkiyəyə köçən azərbaycanlı aparıcının başına iş gəldi
Türkiyəyə köçən azərbaycanlı aparıcı İlahə Nizamiqızının başına iş gəlib. SİA-ın məlumatına görə, aparıcı Türkiyədə mağazaların birindən alış-veriş edərkən çantasından pul qabısı oğurlanıb. Bu haqda İlahənin özü açıqlama yayıb: "Türkiyədə alış-veriş mərkəzlərinin birində olarkən çantamın ağzı açıq olub. Mənim də xəbərim olmayıb. Üç əcnəbi xanım idi. Biri məndən söz soruşdu. Digəri isə ehmalca çantamdan pul qabımı oğurlayıb. Pul qabının içində şəxsiyyət vəsiqəm, xeyli miqdarda pul və bank kartlarım var idi. Mağazanın kameralarını açdırdım və hər şeyi gördüm.

Hazırda heç kefim yoxdur və məyus haldayam".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru