"Mən Moskvadakı toylarda çıxış edən illərdə heç kəs yox idi"

20-04-2021, 10:01           
"Mən Moskvadakı toylarda çıxış edən illərdə heç kəs yox idi"
Əməkdar artist Ruhəngiz Allahverdiyeva müğənni Rəqsanə İsmayılovanın toy üçün Moskvaya gedən xanım həmkarlarını tənqid etməsinə qarşı çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “Elgizlə izlə” proqramında qonaq olan sənətçi şəxsi həyatın toxunulmaz olduğunu xatırladıb.

O, məclislərə görə həmkarlarının bir-birini alçaltmalarına etirazını bildirib: “Mən Moskvadakı toylarda çıxış edən illərdə heç kəs yox idi. İndi getmək fikrim yoxdur. Vəziyyət düzəldikdən sonra toya və konsertə getmək olar. Baxıram, müğənnilər bir-birini yıxır, vurur. Lazım deyil! Kim hardan, necə getdi, nələr etdi...

Onsuz da kimin ürəyi nə istəyibsə, onu da edib. Bu, onun şəxsi işidir. Ancaq yıxıb-sürümək, ünvanına nəsə demək, xətrinə dəymək olmaz, günahdır. Heç kəsi qınamasınlar. Bir-birimizi alçaltmayaq”.

Xatırladaq ki, bir neçə gün öncə müğənni Rəqsanə İsmayılova Rusiyaya toya gedən qadın həmkarlarını sərt tənqid edərək hədələmiş, onların qeyri-etik hərəkətlər etdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru