Tolik Elnarəyə cavab verdi: “Onu ərə getməmişdən əvvəl tanıyıram...“
27-08-2021, 12:13
Müğənni Elnarə Xəlilova ilə prodüser Tarix Əliyev (Tolik) arasındakı qalmaqal böyüyüb.
Bu dəfə Tolik ifaçının sözlərinə cavab verib. O bildirib ki, Elnarənin 8 il əvvəl verdiyi açıqlamanı paylaşmaqda pis məqsədi olmayıb:
"Elnarəni Rövşənlə ailə qurmazdan əvvəl tanıyıram. Həmişə də düşünmüşəm ki, şou-biznesdə çox ailələr qurulsa da, saf məhəbbət üzərində qurulanlardan biri onların ailəsidir. Elnarənin müğənniliyinə gəldikdə isə, onun sənətində Vaqif Gərayzadə kimi şəxsiyyətin imzası var. Dünənki paylaşımımı "TikTok"dakı bir səhifədə gördüm və marağıma səbəb oldu. Amma nəinki Elnarənin, ölkənin ən öndəgedən ulduzlarının həyatı mənə o qədər maraqsızdır ki, durum araşdırım kim neçənci ildə nə danışıb".
Qeyd edək ki, onlar arasında mübahisəyə səbəb Tolikin Elnarənin verdiyi "Törəmək üçün doğulmuşam" açıqlamasının yer aldığı videosunu paylaşması olub. Elnarə Tolikin bu paylaşımına sərt reaksiya verib.