Yarım milyardlıq serialın yayım tarixi açıqlandı

27-08-2021, 16:54           
Yarım milyardlıq serialın yayım tarixi açıqlandı
Dünyaca məşhur “The Lord of the Rings” (Üzüklərin hökmdarı) filminin serial versiyasının yayım tarixi açıqlanıb.

Busaat.az xəbər verir ki, kino tarixinə mühüm iz qoyan ekran işi gələn ilin sentyabrın 3-də tamaşaçıların ixtiyarına veriləcək.

“Amazon Prime”da yayımlanacaq layihə üçün 465 milyon dollar xərclənib. Bununla da, “Üzüklərin hökmdarı” dünyanın ən bahalı serialı kimi tarixə düşüb.

Detalları açıqlanmayan serialın Numenor Krallığı dövründə tamaşaçıları səyahətə çıxaracağı qeyd olunub.

Ekran işində Robert Aramayo, Owain Arthur, Nazanin Boniadi, Tom Budge, Morfydd Clark, Ismael Cruz Córdova, Ema Horvath, Markella Kavenagh, Joseph Mawle, Tyroe Muhafidin, Sophia Nomvete, Megan Richards, Dylan Smith, Charlie Vickers və Daniel Wickers yer alacaq.

Həmçinin, çəkilişləri Yeni Zenlandiyada baş tutan serialın rəsmi instagram səhifəsi layihədən bir neçə kadrı izləyicilərlə bölüşüb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.