2 milyonluq ad günü etdi, pulunu izləyicilərdən yığdı - FOTO

28-08-2021, 00:01           
2 milyonluq ad günü etdi, pulunu izləyicilərdən yığdı - FOTO
Məşhur rusiyalı bloger Yelena Blinovskaya təmtəraqlı ad günü keçirib. 40 yaşını qeyd edən İnstaqram fenomeni bunun üçün Altay dağlarının ətəyini seçib.

Teref.Az axşam.az-a istinadən xəbər verir ki, şou-biznes nümayəndələrinin də qatıldığı gecənin aparıcılığını Ksenya Sobçaq və İvan Urqant edib. Ad günündə Filipp Kirkorov, Nyuşa, Svetlana Loboda, Jah Khalid qonaq olublar.

Yelena ad günü məclisinə 120 milyon rubl (2,7 milyon manat) xərcləyib. O, parti üçün beşulduzlu otel kirayə götürüb. Gecə boyunca bloger bir neçə fərqli geyimlərdə səhnəyə çıxıb.

5,7 milyon izləyici olan Rusiyanın ən varlı blogeri hesab edilən Blinovskaya xərclərinin yer aldığı çekləri izləyiciləri ilə bölüşüb.

Bloger bank kartını da yayımlayaraq izləyicilərindən ad günü hədiyyəsi olaraq 1 rubl istəyib. Bir neçə saata onun bank hesabına 1 milyon rubl köçürülüb.




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru