Qəfəsə daxil olub bəbirlərlə foto çəkdirmək istəyən model xəstəxanalıq oldu - FOTO

28-08-2021, 07:53           
Qəfəsə daxil olub bəbirlərlə foto çəkdirmək istəyən model xəstəxanalıq oldu - FOTO
Almaniyanın Nebra şəhərində 36 yaşlı model Djeyssika Leydolf qəfəsə daxil olaraq vəhşi heyvanlarla foto çəkdirmək istəyərkən bəbirin hücumuna məruz qalıb.

“HaberGlobal” məlumat verir ki, Djeyssika Leydolf model olmaqdan əlavə həm də heyvan hüquqları müdafiəçisidir.

Bəbirlərin hücumuna məruz qalan qadın kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Həkimlər onun vəziyyətini ağır olaraq qiymətləndirir.

Hazırda Almaniyanın hüquq-mühafizə orqanları hadisənin detallarını araşdırır. Foto çəkilişdə iştirak edənlər və təhlükəsizlik tədbirlərinə riayət etməyənlərin hamısı polislər tərəfindən dindirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru