Koronavirusa əhəmiyyət verməyən Könül Kərimova: "Ölümlə üz-üzə qaldım"

28-08-2021, 10:11           
Koronavirusa əhəmiyyət verməyən Könül Kərimova: "Ölümlə üz-üzə qaldım"
Əməkdar artsit Könül Kərimova koronavirusa yoluxub.
BAKU.WS xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib. Xəstəliyi ağır keçirən Kərimova virusa əhəmiyyət vermədiyindən yoluxduğunu və 16 gün ağır vəziyyətdə yatdığını bildirib:

“Bilirəm bir neçə gündür məndən narahat idiniz. Bu narahatlığa da əsasınız var idi. Allahın bu gününə çox şükr, sağ-salamatam... Sizlərdən çox uzaq idim. COVID-19- bəlası məndən də yan keçmədi.

16 gün idi virusa yoluxmuşdum. Koronavirusa əhəmiyyət vermədiyim üçün bu başıma gəldi. Ölümlə üz-üzə qaldım. Sağ olsun həkimim məni bu şirin həyatdan: öncə əzizlərimdən sonra da sizdən ayrılmağa qoymadı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru