Virusdan vəfat edən müğənni görün hansı məşhurumuzun atasıdır - FOTO
3-09-2021, 11:53
İki gün əvvəl Azərbaycan mədəniyyəti daha bir itki ilə üzləşdi.
Milli.Az xəbər verir ki, koronavirusdan vəfat edən xanəndə Tahir Nəbiyevin övladının kimliyi təəccübləndirib. Məlum olub ki, Tahir Nəbiyev məşhur gənc xanəndə Günay Nəbiyevanın atasıdır.
Atasının ölüm xəbərindən sarsılan Günay üzləşdiyi itkiyə görə üsyan edib:
"Nur üzlüm, arxam-dayağım, yaşamaq eşqim, niyə belə etdin? Axı niyə, ay ata, sənə qurban olum, sənətkar atam, gözəl qəlbli atam, yandırdın ürəyim. Gedişin çox tez oldu, ata, çox tez. Allah sənə qəni-qəni rəhmət eləsin! Fani dünya, zalım dünya, dağıl, ay dünya!".