Pantomim gülüş ustasının “Tik-Tok”dakı inanılmaz uğuru – VİDEO

4-09-2021, 09:38           
Pantomim gülüş ustasının “Tik-Tok”dakı inanılmaz uğuru – VİDEO
İtaliyanın Kivasso bölgəsində yaşayan Khabane Lame “Tik-Tok”da inanılmaz uğura imza atıb.

Ötən ilin mart ayında şəbəkəyə qoşulan 21 yaşlı gənc 17 ay ərzində abunəçilərinin sayını 108.9 milyona çatdırıb.

Bununla da o, Avropada ilk, dünyada isə ikinci ən çox izləyicisi olan tiktoker olub.

Seneqalda anadan olan və bir yaşında ikən ailəsi ilə İtaliyaya köçən Lame yalnız jestlər və mimikalardan istifadə etməklə hazırlanan səssiz məzəli videolar paylaşır.

Pantomim gülüş ustasının paylaşımları indiyədək 1.6 milyard bəyənmə toplayıb. Yaxın zamanlarda Lamenin hazırda bu sahədə şəbəkə lideri olan, 123.6 milyon abunəçi və 9.8 milyard bəyənmə sayına malik Çarli d'Amelionu keçəcəyi proqnozlaşdırılır.
https://www.tiktok.com/@khaby.lame/video/7003363252713409797?referer_url=https%3A%2F%2Foxu.az%2F&referer_video_id=7003363252713409797&refer=embed&is_copy_url=0&is_from_webapp=v1&sender_device=pc&sender_web_id=6914339740574631429












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru