Rusiyanın Xalq artistindən səfərbərlik qərarına etiraz: “Onlar mənim övladlarımdır” – FOTO

22-09-2022, 08:36           
Rusiyanın Xalq artistindən səfərbərlik qərarına etiraz: “Onlar mənim övladlarımdır” – FOTO
Rusiya Federasiyasının Xalq artisti, teatr və kino aktyoru, teleaparıcı Dmitri Nazarov və həyat yoldaşı Olqa Vasilyeva Rusiya hökumətinin qismən səfərbərlik elan etmək qərarına etiraz ediblər.

“Onlar ət deyillər, mənim uşaqlarımdır. Biz uşaqları səfərbərlik üçün böyütməmişik. Onlar döyüşmək istəyirlər, amma biz yaşamaq istəyirik!” – qeydi ilə Olqa Vasilyeva övladlarının fotosunu “Instagram” hesabının “hekayə” bölməsində paylaşıb.

Onun həyat yoldaşı da paylaşımı “repost” edib.

Qeyd edək ki, cütlük hazırda Bakıdadır.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.