ANS ölkədə azadlıq olmadığını iddia edir?-FOTOFAKT

29-05-2016, 09:13           

ANS TV bir tərəfdən Prezident İlham Əliyevin siyasətinin tərəfdarı kimi çıxış edir, Birinci Xanım Mehriban Əliyevaya “İlin adamı” mükafatı təqdim edir, digər tərəfdən isə başqa cür hərəkət edir. ANS-in Şəbəkə verilişinin sosial şəbəkədəki səhifəsində yazılanlar hər halda başqa cür düşünməyə yer qoymur. Belə ki, 28 May Respublika günü ilə əlaqədar ANS-in “Şəbəkə” verilişinin Feysbuk səhifəsində Məmməd Əmin Rəsulzadənin şəkli paylaşılıb və şəklin altında belə bir müzakirə gedib:

Isaq Huseyn #Şebeke bir sey deyim Tv lerde niye Memmed Eminin Şekli verilmir?
Şəbəkə verilişi Çünki Rəsulzadənin qurduğu cümhuriyyətdən, o azadlıqdan əsər əlamət qalmayıb. Çünki Rəsulzadə sevgisini azaltmağa çalışırlar. “Çünki”lərin sayı çoxdu, heyf ki, əlimizdən heç nə gəlmir. Buna görə də Rəsulzadənin ruhu qarşısında günahkarıq.
Təbii ki, bu qeydin özü də ölkədə nə qədər böyük azadlıqlar olduğunu sübut edir. Əgər azadlıq olmasaydı belə qeydlər etmək mümkün olmazdı. Həm də sirr deyil ki, ölkədəki azadlıqlardan, xüsusilə söz azadlığından ən çox istifadə edənlərdən biri elə ANS TV rəhbərliyidir. TV rəhbərliyində təmsil olunan şəxslərin qurduğu böyük biznes hər halda vəziyyətin pis olmadığını göstərir. İndi hansısa verilişdə çalışanların vəziyyəti pisdirsə, hansısa problemləri varsa bunun üçün TV rəhbərliyi cavabdehdir, ölkə rəhbərliyi yox!

Yenilik.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.