Şakiradan uşaqlarına ŞOK QADAĞA: Pikenin qardaşının...

21-06-2023, 10:25           
Şakiradan uşaqlarına ŞOK QADAĞA:
Müğənni Şakira uşaqlara Jerar Pikenin qardaşının toyuna getməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə “La Vanguardia” məlumat yayıb.

Şakira oğulları Milan və Saşanın əmilərinin toyuna getməsinə icazə verməyib. Uşaqlar ataları ilə vaxt keçirmək üçün Barselonaya uçublar. Onların Mayamiyə qayıdışı iyunun 17-nə planlaşdırılırdı. Hələ ki, ispaniyada qalırlar. Amma müğənni toyda qalmalarının əleyhinədir.

Məsələ burasındadır ki, Şakira şənlik zamanı Pikenin yeni sevgilisi Klara Çiaya evlilik təklifi edəcəyindən ehtiyat edir.

Xatırladaq ki, iyunun 23-də Barselonada “Barselona”nın keçmiş futbolçusunun qardaşı Mark Pikenin toy mərasimi keçiriləcək.

Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanət görə futbolçunu tərk edib.

Hüseyn İbadlı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.