Sevinc Telmanqızıdan toyda fit çalan Bəhram Bağırzadəyə REAKSİYA: “Ay şəhər uşağı…” – VİDEO

21-06-2023, 16:20           
Sevinc Telmanqızıdan toyda fit çalan Bəhram Bağırzadəyə REAKSİYA:
Əməkdar artist Bəhram Bağırzadə qatıldığı toy məclislərinin birində etdiyi hərəkətlə gündəmə gəlib. O, rəqs edərkən fit çalmağa başlayıb. Aktyorun bu hərəkəti birmənalı qarşılanmayıb.
“TV Musavat”ın baş redaktoru, aparıcı Sevinc Telmanqızı canlı efirdə vaxtilə “kəndli, şəhərli” açıqlaması ilə gündəmdən düşməyən Bəhram Bağırzadəni sərt tənqid edib.

Qeyd edək ki, daha əvvəl B.Bağırzadə rayondan gələn insanların ucadan danışdığını deyərək onlara irad tutmuşdu. “Onlar hətta restoranda çox ucadan danışırlar. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”, – deyə o söyləmişdi.

Verilişin sözügedən hissəsini təqdim edirik:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.