Bəhram Bağırzadə ilə bağlı daha bir video yayıldı - VİDEO

22-06-2023, 11:04           
Bəhram Bağırzadə ilə bağlı daha bir video yayıldı - VİDEO
Bir neçə gün əvvəl toy məclisində fit çalması ilə müzakirələrə səbəb olan Əməkdar artist Bəhram Bağırzadə ilə bağlı növbəti video yayılıb.

Sfera.az xəbər verir ki, aktyor şəhərin mərkəzi küçələrinin birində - yolun hərəkət hissəsində 20 dəqiqə avtomobilini saxlayaraq başqa insanlarla söhbətləşib.

Bəhram Bağırzadənin geyimindən görüntülərin bir müddət əvvəl çəkilməsini güman etmək olar.

Videonu çəkən şəxs onun “urbanizasiya” çıxışını xatırladaraq qayda pozmasına irad tutub.

Xatırladaq ki, aktyor regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsi ilə gündəm yaratmışdı. Onun bu fikri birmənalı qarşılanmamışdı.

Bəhram Bağırzadənin "Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar” sözləri müzakirələrə səbəb olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru