Aparıcı efirdə mahnı OXUDU - VİDEO

22-06-2023, 15:05           
Aparıcı efirdə mahnı OXUDU - VİDEO
Amerikalı aparıcı təsadüfən efirdə mahnı oxuyub və tamaşaçıları güldürüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist "TikTok"da utandığı xəbərin fraqmentini dərc edib.

Amerikanın "WVUA 23" kanalının aparıcısı Jizel Hud təsadüfən canlı ifa edərək tamaşaçıların gülüşünə səbəb olub.

"Səs mühəndisi çıxışımdan sonra mikrofonu söndürməyi unudub və mən təsadüfən canlı oxudum" deyə Hud videoya başlıq yazıb.

Videoda müxbirin nitqini bitirdiyi və kadrda məişət zorakılığı hadisəsi nəticəsində atışma ilə bağlı xəbərləri işıqlandırmağa başlayan digər aparıcıların göründüyü məlum olur. Həmkarlarının sözünü kəsdikdən sonra Hud ingilis dilindən tərcümədə "vurmaq" sözü də daxil olmaqla bir neçə məna daşıyan Slay mahnısını ifa edib.

Şərhlərdə bir çox istifadəçi jurnalistdən işdən qovulub-qovulmadığını soruşub. O, cavabında bildirib ki, kanal nə onu, nə də səs mühəndisini işdən çıxarmayıb. Şərhçilər "Bu, efirdəki ən yaxşı hekayədir", "Gülüşdən ağlayıram", "Bu, çox gülməlidir" yazıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.