Qorxunc mənzərə: Bir kadra yerləşdirilən 100 ildırım dünyada gündəm oldu - FOTO

23-06-2023, 21:10           
Qorxunc mənzərə: Bir kadra yerləşdirilən 100 ildırım dünyada gündəm oldu - FOTO
Astrofotoqraf Uğur İkizlərin Bursanın Mudanya sahilindəki evinin yaxınlığında çəkdiyi fotoşəkilləri birləşdirərək yaratdığı görüntü dünya mediasında səs-küy yaradıb.

Publika.az xəbər verir ki, kadr ABŞ-da populyar elm saytlarından olan "Livescience" və Southern Methodist Universitetinin nəşri “Southwest Review”-un mövzusu olub. "Independent"-in yayımladığı məlumata görə, 16 iyun 2023-cü ildə 50 dəqiqə ərzində qeydə alınan görüntülər hər 30 saniyədən bir ildırım çaxdığı mənasına gəlir.

"Livescience"ə danışan fotoqraf "Hər biri gözəl idi. Amma bütün ildırımları bir kadrda birləşdirəndə, qorxunc mənzərə ortaya çıxdı", - deyə bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru