Əli Mirəliyevə embarqo qoyulub

27-04-2024, 10:44           
Əli Mirəliyevə embarqo qoyulub
Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı çıxışı müzakirələrə səbəb olub.

Gununsesi.info xəbər verir ki, müğənni Əli Mirəliyev efirdə İbadoğlu barədə “Prezidentimiz sağolsun, Qubad İbadoğlunu əfv edib, minnətdarlıq edirəm” sözlərini deyib.

Verilişin aparıcısı Tarix Əliyev (Tolik) isə “siyasi məsələlərə girişməyək” deyərək müğənninin çıxışına müdaxilə edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu çıxışından sonra Əli Mirəliyev adıçəkilən verilişin münsiflər heyətindən çıxarılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru