Puqaçovanın yeni mahnıları araşdırılacaq-VİDEO

4-04-2025, 11:24           
Puqaçovanın yeni mahnıları araşdırılacaq-VİDEO
Rusiyanın Xalq artisti Alla Puqaçova aprelin 1-də iki yeni mahnısını – “Mama” və “Müharibənin öpüşləri”ni təqdim edib.

Rusiyanın Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin hesab edir ki, Puqaçovanın “Mama” mahnısı xüsusi hərbi əməliyyatı gözdən salmaq üçün yoxlanılmalıdır.

Sözügedən bəstənin sözlərinin müəllifi A.Puqaçovanın özüdür. Mahnıda müharibədə həlak olmuş əsgərlə ananın dialoqunu öz əksini tapıb.

Borodin, artıq Baş Prokurorluğa məsələ ilə bağlı müraciət edib və mahnıların araşdırılmasını tələb edib.

“Biz vaxtından əvvəl danışmayacağıq, amma ekspertizada diskreditasiya aşkar olunarsa, o zaman Puqaçova diskreditasiyaya görə məsuliyyətə cəlb olunacaq” deyə, o, açıqlamasında vurğulayıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru