"Onun qardaşını yatdığı yerdə öldürüblər" - Elgizdən şok açıqlama

10-06-2015, 20:56           
"Onun qardaşını yatdığı yerdə öldürüblər" - Elgizdən şok açıqlama
ANS TV-nin "Günə Baxan" veirilişinin aparıcısı Elgiz Əkbər tanınmış aktrisa Nahidə Orucova barəsində şok açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, xalq artisti Nuriyə Əhmədovanı evindən qovması ilə bağlı yaranmış söz-söhbətə aydınlıq gətirmək üçün efirə gələn əməkdar artist, söhbət əsnasında illərdir həsrət qaldığı qardaşı oğlundan söz açıb.

Aktrisa hazırda 18 yaşında olan qardaşının balasından söz açarkən göz yaşlarını saxlaya bilməyib: "Biz ona atamın adını qoymuşuq. Bu illər ərzində bircə dəfə atasının məzarı üstündə rastlaşmışıq. O da təsadüfən. Qardaşım rəhmətə gedəndən sonra gəlinimiz evə görə bizimlə əlaqəni kəsdi. Elə bilirdi ki, onlar yaşayan evdə gözümüz var. Qətiyyən elə deyildi, biz yalnız qardaşımızın yadigarını görmək istəyirik".

Elgiz Əkbər aktrisanın qardaşının ölümünün dəhşətli olduğunu açıqlayıb: "Nahidə xanımın qardaşının ölümü dəhşətli olub. Öz dostu yatdığı yerdə başına ağır alətlə zərbələr endirərək qətlə yetirib. Biz "Günə Baxan" olaraq söz veririk ki, Nahidə xanımı qardaşı oğlu ilə görüşdürəcəyik".

Verilişin sonunda efir prodüseri Şahin Əhədov aparıcı Nahidə xanımın qardaşının oğlunun Rusiyadan zəng vuraraq bibisi ilə görüşmək arzusunda olduğunu dedi. Elgiz Əkbər bu xəbəri aktrisaya çatdıranda hər kəs çox kövrəldi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.