Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..."

30-06-2015, 21:06           
Space-dəki davaya MTRŞ-dan reaksiya -"Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə..."
Space-də yayımlanan "Günaydın" verilişində yaşanan qalmaqala Milli Televiziya və Radio Şurası münasibət bildirib. Movqe.az-a bu barədə danışan Şuranın Monitoinq şöbəsinin rəhbəri Təvəkkül Dadaşov bildirib ki, "Günaydın" kimi tok-şou verilişlərində daha ciddi mövzular müzakirə olunsa daha yaxşı olar: "Nəinki qeyri-ciddi şou mövzuları. Bununla belə məlumdur ki, yayımçı bu cür mövzuları reytinq naminə seçir. Amma bu zaman aparıcı baş verə biləcək xoşagəlməz situasiyalara hazır olmalı və müzakirələrin bu yöndə getməsinin qarşısını almalıdır. Əslində qoyulan həmin mövzu ətrafında da ciddi müzakirələr aparıla bilərdi. Təəssüf ki, qeyri peşəkarlıq və reytinq xatirinə qalmaqala şərait yaratmaq niyyəti daha üstün gəlib. Verilişin bu hissəsinin montaj edilməməsi də çox şeydən xəbər verir. Lakin söyüşün efirdə səslənməsinin qarşısının alınması kanalı ciddi sanksiyadan xilas etmiş olur. Bununla belə, verilişin efirə gedən digər hissələrində də tərəflərin bir-birinə qarşı xoşagəlməz davranışları, təhqirə yaxın ifadələri vardır ki, bunlar tərəfimizdən araşdırılacaq. bütün hallarda bu cür qeyri-etik hallar yolverilməzdir".
Xatırladaq ki, ölkə.az saytının xəbərinə görə, verilişin qonağı olan yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədova arasında dava düşüb. Əziz Musaoğlu sənətçinin geyiminə irad bildirib və bundan sonra müğənni Manaf Ağayev də məsələyə müdaxilə edib: "Şou-biznesdə elə kişilər var ki, sənin heç nəslində elə kişi yoxdur".
Ardınca Əsədova ayağa qalxaraq qonağın üzərinə gedib. Bu addım tərəflər arasındakı söz atışmasını bir qədər də qışızıdırıb. Əsədovanın "mən müğənniyəm, bəs sən kimsən" sualına qonaq belə cavab verib:
"Mən aliməm, sən q..bəsən".
Amma sonda tərəfləri barışdırmaq mümkün olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.