"Şükriyyə" mahnısı oğurluq çıxdı? — Vidadi Bərdəlinin toy kasetindən kəsilmiş görüntüləri - VİDEO

29-05-2017, 22:46           

Redaksiyamız mərhum müğənni Vidadi Bərdəlinin illər öncə toyların birində çəkilmiş görüntüsünü əldə edib.
Video Bərdə toyunda lentə alınıb. İfanın ardınca sənətkarın dediyi sözlər isə sənət aləmində maraqlı mübahisə və müzakirələrə səbəb ola bilər. Belə ki, Bərdəli oxuduğu "Gecədi" mahnısının musiqisinin Sabir Mustafayev tərəfindən yazıldığını və sonradan başqa bir bəstəkar tərəfindən oğurlandığını söyləyir:

"Sabirin mahnısını böyük bir bəstəkar oğurladı. "Şükriyyə" mahnısından söhbət gedir. Bizdən-Qarabağ torpağından oğurladı. And olsun Allaha, bunu belə də bilin. Qarabağ musiqisi böyük musiqidir".

Qeyd edək ki. sözləri Əhməd Cavada aid olan "Şükriyyə"nin musiqisi Emin Sabitoğluna məxsusdur. Bəstənin ən məşhur ifaçısı isə Azər Zeynalovdur.
"Ölkə.Az"
[media=https://www.youtube.com/watch?v=i4PJzmaooHI]
[media=https://www.youtube.com/watch?v=BywOug19wkI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.