Tacı geri alınmış gözəllər – Kimi ərinə, kimi sevgilisinə, kimi də... İNANILMAZ SƏBƏBLƏR

23-09-2017, 00:24           
Tacı geri alınmış gözəllər – Kimi ərinə, kimi sevgilisinə, kimi də... İNANILMAZ SƏBƏBLƏR
Miss Turkey 2017" müsabiqəsinin təşkilatçıları "Miss Turkey World" gözəli seçilən Itır Esenin tacını geri aldı. Esenin tacının 15 iyul şəhidlərini təhqir etdiyinə görə itirdiyi alındığı açıqlandı. Baş verən bu hadisə indiyədək tacından məhrum edilmiş digər gözəlləri də yada saldı.

Moderator.az tacları geri alınmış gözəllik kraliçaları və bu “cəza”ların səbələri haqqında məlumat təqdim edir:

Əvvəlcə qeyd edək ki, Türkiyədə buna oxşar hadisə daha əvvəl də düz iki dəfə yaşanıb. Türkiyə gözəli seçilən Hülya Avşarın tacı daha əvvəl evlənib boşandığı üçün əlindən alınıb.

Sibel Turnagöl də onlardan biridir

1986-ci ildə Manikenlər Kraliçası seçilərək “Avropa Manikenlər Kraliçası” müsabiqəsində Türkiyəni təmsil etməyə haqq qazanan Sibel Turnagölün dul olduğu ortaya çıxıb və tacı əlindən alınıb. Müsabiqə zamanı ayaqqabısı cırılan Sibel Turnagöl bunun ona uğursuzluq gətirəcəyini düşündüyünü deyib və yanılmayıb.

İndi də buna oxşar dünyada baş vermiş hadisələrə keçək:

“Miss İnternational 2009” seçilmiş Meksika gözəli Laura Zuniga

23 yaşlı Laura Zuniga narkomafiya lideri sevgilisiylə bir yük maşını dolusu silah və narkotika ilə tutulduğuna görə tacını itirib. Gözəl həm milyonluq tacından, həm də azadlığından məhrum olub.

“Miss Asya Pasifik 2014” seçilmiş Birmanya gözəli May Myat Noe

Brimanyaku gözəlin tacı nankor və yalançı olduğu səbəbilə geri alınıb. 100 min dollarlıq svarovski daşlarla örtülü tacla birlikdə yoxa çıxan Noe sonradan ortaya çıxaraq tacını geri qaytarıb.


Kanada gözəli Jenna Talackova

23 yaşlı Kanada gözəli Jenna Talackovanın kişi olduğu ortaya çıxıb. 19 yaşında cinsiyyət dəyişdirən Talackova qadın olmadığını açıqladığı gün tacı əlindən alınaraq yarışdan uzaqlaşdırılıb.

Kanada gözəli Denise Garrido


Denise Garrido aparılan yanlış hesablama üzündən 24 saatlığa gözəllik kraliçası olub. Səslərin sayında bir səhv etdiklərini dərk edən təşkilatçılar yarışmadan bir gün sonra 26 yaşlı Garridoya pis xəbəri verərək tacını geri alıb.

İrlandiya gözəli Mariya Hughes

2012-ci il İrlandiya gözəli seçilən Mariya Hughes yaşı ilə bağlı yanlış məlumat verdiyinin ortaya çıxmasından sonra tacı əlindən alınıb. 25 olan yaşını 21 olaraq göstərən Hughes tacını müsabiqənin ikincisi Rebeccaya təhvil vermək məcburiyyətində qalıb.

Homoseksual əleyhinə çıxan kraliça


“Miss USA 2009” müsabiqəsində ikinci olan Carrie Prejeanın homoseksual evliliklərə qarşı çıxan fikirləri ölkə daxilində reaksiya yaradıb və tacı əlindən alınıb.

Ərköyün kraliça


Porto Rikoda keçirilən “Dünya Gözəllik Yarışı”nda kraliça seçilən rus gözəl Oksana Federovanın tacı "ərköyün" olması səbəbiylə əlindən alınıb. Müqavilənin şərtlərinə uyğun gəlmədiyi səbəb göstərilən gözəlin Rusiyadakı zəngin sevgilisindən hamilə ola biləcəyi də şayiələr arasında yer alır.

Edam çağırışı tacından etdi


Miss Thailand seçilən 22 yaşlı Veluree Ditsayabut ordu tərəfindən devrilən hökuməti dəstəkləyən nümayişçilərə qarşı hirsinə məğlub olub. Facebook hesabından "Hamısı edam edilməlidir" yazmasından sonra siyasi aktivistlərin reaksiyaları dözülməz hala gəlib. "Gözəllik kraliçaları edam yox, sülh mesajı verməlidir. Piy basmış fahişə" kimi ağır reaksiyalarla üzləşən gözəl göz yaşları içində tacını qoymaq məcburiyyətində qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.