Efirdə dava düşdü, Elgiz verilişdən uzaqlaşdırıldı

23-09-2017, 00:24           

Bu gün ARB telekanalında yayımlanan “Səhər səhər” verilişində qalmaqal yaşanıb.

Yenicag.az-ın əldə etdiyi özəl məlumata görə, aparıcı Elgiz Əkbərlə verilişə qonaq qismində çağırılan Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağının kordinatoru Vasif Akifli arasında ciddi şəkildə mübahisə yaranıb. Söz davası zamanı Elgiz qarşı tərəfin ünvanına xoşagəlməz ifadə işlədib. Vasif Akifli aparıcının cavabını verib və studiyanı tərk edib.

Əldə etdiyimiz məlumata görə, çəkiliş yarımçıq qalıb. Verilişdən sonra iclas keçirilib və ARB kanalının rəhbərliyi Elgiz Əkbəri “Səhər səhər” verilişinin aparıcılığından uzaqlaşdırıb.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Vasif Akifli xəbəri təsdiqlədi. O, mübahisə yarandığı üçün verilişi tərk etdiyini bildirib. Həmin proqramın isə efirə gedib-getməyəcəyini bilmədiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru