"FƏDAYƏ saf sevginin qurbanı oldu": Əməkdar artistdən HƏMKARINA DƏSTƏK

31-10-2017, 10:32           

Əməkdar artist Lalə Məmmədova həbs olunan həmkarı Fədayə Laçına dəstək olub.
Publika.az xəbər verir ki, o, instaqram hesabında Fədayənin müdafiə edərək, bunları yazıb: “Ehhh...Təmiz qəlbli, saf Fədayəm mənim. Bir bilsən, necə pisəm...
"FƏDAYƏ saf sevginin qurbanı oldu": Əməkdar artistdən HƏMKARINA DƏSTƏK
Əzizlərim, heç vaxt, heç kəsi qınamayın. Sabah başımıza gələcək hansısa bəladan, səhv addımdan heç birimiz sığortalı deyilik. Tale elə gətirdi ki, Fədayə ilə illərdir eyni sənətdə olsaq da, yalnız son iki il dostlaşdıq. Əvvəllər onun tək ifasını bəyənirdimsə, sonradan uşaq kimi saflığına, dürüstlüyünə heyran oldum. Son çıxan xəbərlərlə bağlı yalnız bunu deyəcəm: Fədayə saf sevginin qurbanı oldu. Onun bacısı və anasının halını anlayıram. Allah səbr versin. İnanıram ki, bu qorxulu yuxu tez bitəcək və sən yenidən aramıza qayıdacaqsan”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.