Rusiya prezidentliyinə namizəd pornoaktrisa — "Seçilsəm, ölüm hökmünü bərpa edəcəm"

2-11-2017, 19:04           

Rusiyanın porno ulduzu Yelena Berkova gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.
"Ölkə.Az" xəbər verir ki, aktrisa bu barədə arzusunun olduğunu bəyan edib.
Berkova bu barədə İnstaqram səhifəsində məlumat verib. Aktrisa geyimə qarşı müəyyən senzura tətbiq edəcəyini, məktəblərdə seksual tərbiyə tədris etdirəcəyini bildirib. Bundan başqa onun proqramında seksual proqram, yoxsulluq vergisi, kiçik biznesə faizsiz kredit vermək var.
Berkova deyib: "Övladlığa götürmə ilə bağlı qanunlar tətbiq edəcəm. Uşaq götürmək üçün tibbi, hüquqi və psixoloji icazə tələb ediləcək. Seksual zorakılığa görə isə ölüm hökmünü mütləq bərpa edəcəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru