Damla Fədayənin müdafiəsinə qalxdı: "Göz yaşlarımı saxlaya bilmirəm"

3-11-2017, 17:11           
Damla Fədayənin müdafiəsinə qalxdı: "Göz yaşlarımı saxlaya bilmirəm"
Damla Fədayə Laçına görə sosial şəbəkə istifadəçilərinə səsləndi: “Yazdıqlarınızı onun oğlu da görür”

Müğənni Damla (Məsumə Məmmədova) bugünlərdə haqqında həbs qəti-imkan tədbiri görülən həmkarı Fədayə Laçınla bağlı fikirlərini sosial şəbəkədə paylaşıb.

Cebhe.info xəbər verir ki, müğənni “İnstagram” səhifəsində F.Laçını sərt qınayanlara müraciət edib:

“Günlərdir bu ağrılı-acılı sevgi dramının acınacaqlı sonluqla bitməsi məni də çox üzdü. Dastanlara yazılan sevigi tarixçəsi buna deyərdim... Fədayə eşq qadını olduğu üçün onu anlayıram. Təbii ki, qanun hamı üçün eynidir, buna sözüm yoxdur. Hər kəs qanun qarşısında cavab verməlidir. Lakin hamı onu qınayır, üzücü şəhrlər yazırlar. Etməyin, dostlar. Onun da oğul balası var. Sizin yazdıqlarınızı onun oğlu da oxuyur. Heç kim sabahından sığortalanmayıb. Başqasına dil uzatmaq bu qədərmi asandır? Hamı öz qismətini yaşayır. Hər dəfə “İnstagram”a girəndə göz yaşlarımı saxlaya bilmirəm. Ürəyim parçalanır, uşaq kimi ağlayıram”.

Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar. Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb.

Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və ya işdən azad edilib. Ötən gecə isə qatardan qaçan “Qoca” ləqəbli Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat keçirilələrək hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfinfən qətlə yetirilib.

Məlum olub ki, Fədayə Laçın qaçan “Qoca” ləqəbli Etibar Məmmədovla sevgili imiş.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.