Ancelina Coli uzun illərdən sonra ilk dəfə mini paltarda - FOTO

6-11-2017, 11:44           

Ancelina Coli mini donu ilə diqqət çəkib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 42 yaşlı Ancelina Coli Los-Ancelesdə Amerika Rejissorlar Gildiyasının binasından çıxarkən görüntülənib. Aktrisanın Gildiyaya getməsinin səbəbi rejossorluğunu etdiyi "Əvvəlcə onlar mənim atamı öldürdü: Kambocalı qızın xatirələri” filmi ilə bağlı olub.
Pərəstişkarları ilə görüş üçün Ancelina Coli qara və qısa trikotaj don seçib. Uzun saçlarını ulduz atquyruğu şəklində toplayıb. Ümumilikdə məşhurun obrazı hər zamankı kimi çox sadə və rahat alınıb.
Aktrisa son illərdə adətən uzun və boş modellərə üstünlük verir. Colinin sonuncu çıxışı bu baxımdan bir qədər fərqli olub. O, uzun illərdən sonra ilk dəfə mini paltarda görüntülənib. Onun qısa donlardan imtina etməsinin səbəbi həddən artıq arıqlaması idi.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru