Şəhid pilotumuzun xanımı şairə tarix elmləri üzrə fəlsəfə doktoru Arzu Kazımqızı Nehrəmlinin " Musiqili poeziya gecəsı " keçirilib. FOTO

6-11-2017, 19:26           
Şəhid pilotumuzun xanımı şairə tarix elmləri üzrə fəlsəfə doktoru Arzu Kazımqızı Nehrəmlinin " Musiqili poeziya gecəsı " keçirilib. FOTO
Noyabrın 5-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı şairə, tarix elmləri üzrə fəlsəfə doktoru Arzu Kazımqızı Nehrəmlinin " Musiqili poeziya gecəsı " keçirilib. Tədbir şairənin həyat yoldaşı, Qarabağ müharibəsi şəhidi, təyyarəçi pilot, leytenant Yusif Yaquboğlunun xatirəsinə həsr olunub. Görüşdə şairənin sözlərinə bəstələnmiş mahnı və marşlardan ibarət albom və " Unutmağı öyrənirəm " adlı şeirlər kitabı təqdim olunub.
Müğənnilər Nuriyyə Əhmədova, Şəmistan Əlizamanlı, Samir Cəfərov, Cavid Hüseyn ifaları ilə tədbirə rəng qatdılar.
Oqtay Rza, Sayman Aruz, Fərqanə Mehdi, Kamil Məhərrəmoğlu, Kamaləddin Qədim, Azadə Taleh, Fəridə Ləman, Məlahət xanım, Eldost Bayram və başqaları çıxış edərək Arzu xanımla bağlı xatirələrini bölüşdülər və onun müasir qadın yazarlar arasında çox orijinal üsluba, lirik dəst-xəttə sahib olduğunu diqqətə çatdırdılar.
Fərqanə Mehdinin sözlərinə Hüseyn Sözlünün bəstələdiyi və Təranə Əlixanlının ifa etdiyi " Ağla gəlin " mahnı - videgörüntü xüsusilə rəğbətlə qarşılandı.
Arzu Nehrəmli tamaşaçılarla xatirələrini bölüşdü və şeirlərindən bəzilərini səsləndirdi. Gələn hər bir kəsə minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.
Qəşəm Nəcəfzadənin aparıcılığıyla keçən tədbir səmimiliyi və təbiiliyi ilə yadda qaldı.
Kəmalə Müslümqızı
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.