Aparıcı Vüsalə ilə Ülviyyə arasında QALMAQAL: “45 minlik maşın sürürəm, bədbəxtlər...”

7-11-2017, 14:04           

Bu gün jurnalist Ülviyyə Alovlu Yenicag.az-a açıqlama verərək Vüsalə Kərimovanın “Maşın” şouda Murad Dadaşovdan sifariş aldığını və Elşad Xoseni çıxardığını bildirib.
Publika.az xəbər verir ki, o sözlərinə belə davam edib:
“Murad Dadaşovdan Elşad Xoseni “vurmaq” sifarişi alıb. O, dueldə Vüsalə həm ona qarşı çıxan Talıba, həm də “sifariş olunmuş” Xoseyə qalib gəlmək üçün xeyli pul xərcləməli olub. Bildiyimə görə, “Maşın şou”da ona xərclənən səslərə görə protejesi Yaşarla birgə hələ də 9 min manat borcları var. Axırda nə oldu ki? Onsuz da oyundan atdılar da. O, 9 minin üstünə 9-un da qoyub, özümə yeni maşın alaram da. Tamaşaçı bilsin ki, heç də hər şey televiziyada göründüyü kimi deyil”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Vüsalə Kərimova Ü.Alovlunun iddialarının gülünc və əsassız olduğunu dilə gətirib:
“Kiməsə reklam vermək istəmirəm. “Maşın” günlərdir bitib, öz həyatımı yaşayıram. Görünür oradan çıxan oyunçuların bəziləri hələ də oynayır, mənim adımı çəkirlər. Bu oyun idi, oldu bitdi. Kiminsə tapşırıqlarını yerinə yetirməmişəm, bu mənim strategiyam olub. Ülviyyə bizimlə birgə yaşayır? O, hardan bilir ki, bizim borcumuz var? Çox əsassız və yalnış iddialardır. O, istəyir ki, mənə söz atmaqla gündəmdə olsun, saytlar ondan yazılar dərc etsin. Kimsə də görsün ki, Ülviyyə gündəmdədir və onu işə dəvət etsin. Ülviyyə xanıma xatırlatmaq istəyirəm ki, mənim 18 minlik maşına ehtiyacım yoxdur, 45 minlik avtomobil sürürəm. Xəbəri oxudum və sadəcə güldüm ki, bu bədbəxtlər hələ də özlərinə gələ bilməyiblər”.
Xatırladaq ki, hər iki həmkar arasında çaxnaşma “Maşın” şou davam edərkən yaranıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.