Bransonu azad edən Ankara hələ də ümid edir ki,.. - MÜNASİBƏT

19-10-2018, 19:02           
Bransonu azad edən Ankara hələ də ümid edir ki,.. - MÜNASİBƏT
"Uzun zamandan bəri Türkiyə üçün problem yaradan Branson məsələsi artıq həll olundu və məhkəmə mediyanın da dediyi kimi, öz müstəqil qərarını verdi".

Bunu Xəzərİnfo-ya açıqlayan politoloq Ramiyə Məmmədova bildirib ki, bu məsələ azad mediya və müxalifət nümayəndələri tərəfindən birmənalı qarşılanmadı: "Bunu, Ərdoğanın Trampa boyun əyməsi kimi qiymətləndirdilər. Rahibin sərbəst buraxılması ilə Trampın birbaşa olaraq Ərdoğana təşəkkür etməsi bu müzakirələri daha da dərinləşdirdi".

Bransonun Türkiyədə həbs olunması ilə ABŞ-la Türkiyə arasında münasibətlər gərginləşdiyini xatırladan ekspert, Türkiyənin çox böyük haqsızlıqlara uğradığını diqqətə çatırıb: "ABŞ bundan istifadə edərək Türkiyəyə hər cür təzyiqləri artıraraq iqtisadiyyatına xeyli ziyan vurdu. Bransonun azadlığa buraxılmasına baxmayaraq, iqtisadiyyatında hələ də heç bir dəyişiklik nəzərə çarpmır".

R.Məmmədova əlavə edib ki,Türkiyənin ABŞ-dan gözləntiləri var: "Ankara Branson məsələsində atdığı bu addıma qarşılıq olaraq Vaşinqtonun sanksiyaları ləğv edəcəyini və ya FETÖ rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi kimi bir sıra gözləntiləri var. ABŞ isə hələ də öz istədiyini edir və Türkiyəyə heç bir cavab verməyib. Bransonu sərbəst buraxdığı üçün sadəcə bir təşəkkürlə bu məsələni bağladığını düşünür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.