Deputatın sözləri azərbaycanlıları hiddətləndirdi...
20-10-2018, 18:08
Biz gərçəkləri qəbul etməliyik.
Axar.az xəbər verir ki, bu sözləri Ərdəbilin İran parlamentindəki millət vəkili Məhəmməd Feyzi Ərdəbilin Tibb Universitetində danışarkən deyib. O, Heyran gədiyi ərazisinin Ərdəbil Əyalətindən qoparılıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərə toxunub:
“Bu məsələdə təkcə məntiqli olmaq yetməz, biz həm də gərçəkləri qəbul etməliyik. Tunelin o biri tərəfi (“Heyran gədiyi” nəzərdə tutulur – red.) Gilan Əyalətinə aiddir. Lakin biz həmişə olduğu kimi, bu ərazidə yol işlərinə nəzarət edirik və bununla bağlı məsuliyyət daşıyırıq”.
Onun sözləri Rəşt mətbuatı tərəfindən rəğbətlə qarşılansa da, azərbaycanlı internet istifadəçilərinin kəskin etirazına səbəb olub.
Qeyd edək ki, M.Feyzi bundan əvvəl Heyran gədiyi ilə bağlı baş verən hadisələr və ərazinin adının təhrif edildiyi zaman səssiz qalmağa üstünlük verib.