Yeni doğulan körpəsini DİRİ-DİRİ... - Anadan DƏHŞƏTLİ ADDIM

21-10-2018, 09:25           
Yeni doğulan körpəsini DİRİ-DİRİ... - Anadan DƏHŞƏTLİ ADDIM
Türkiyənin Kocaeli bölgəsində yol kənarında oynayan uşaqlar torpağın altından yeni doğulmuş körpə cəsədi tapıb.

Publika.az xəbər verir ki, faktla bağlı araşdırma aparan yerli polis əməkdaşları körpənin anasını şübhəli qismində saxlayıb. Dindirmə zamanı ana 1 ay əvvəl dünyaya gətirdiyi körpəsini torpağa basdırdığını etiraf edib.

Cinayət hadisəsinin üstü təsadüfən açılıb. Yol kənarında oynayan uşaqlar torpağı qazarkən paketə bükülmüş körpənin cansız bədəni ilə qarşılaşıblar. Bu barədə ailələrinə xəbər veriblər. Polis çağırılıb. Cəsədin təxminən 1 ay əvvəl basdırıldığını təsdiqləyən polis bezin üstündə yazılan xəstəxananın adı sayəsində araşdırmaya başlayıb və uşağın suriyalı anasını tapıb.

Araşdırma davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru