Əlil bacısını zorlayan şəxsi tapıb amansızlıqla öldürdü

21-10-2018, 16:55           
Əlil bacısını zorlayan şəxsi tapıb amansızlıqla öldürdü
Türkiyənin Bursa şəhərində eşitmə məhdudiyyətli bacısını zorlayan gənci öldürən Yusuf adlı şəxs məhkəmə qarşısına çıxarılıb. Mərhumun atası cinayətkara ömürlük həbs cəzası tələb etsə də, əlini qana bulayan Yusuf bacısının namusunu təmizlədiyini bildirib.

Publika.az xəbər verir ki, dünyasını dəyişən Mehmet Kocadoğanın atası isə qızın oğlunu daim sosial şəbəklərədə narahat etdiyini və bu hadisənin üstünü açacağını bildirib.

Xatırladaq ki, bacısının təcavüzə məruz qaldığını öyrənən Yusuf Mehmetə uzun sürən davadan sonra tapançadan atəş açıb. Daha sonra o, hadisə yerindən qaçıb.

Mehmetin atası isə açıqlamasında adını çəkmək istəmədiyi qızın oğluna sevgili gözü ilə baxdığını, lakin oğlunun onu daim dost olaraq gördüyünü iddia edib. Kədərli ata həmçinin dediklərini oğlunun sosial hesabındakı rəylər vasitəsilə sübut edəcəyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru