İstambulda həbsdən qaçmış məhbus bıçaqla ətrafdakılara hücum edib, yaralılar var - VİDEO

23-10-2018, 07:19           
İstambulda həbsdən qaçmış məhbus bıçaqla ətrafdakılara hücum edib, yaralılar var - VİDEO
İstanbulda fərari məhbusun bıçaqla ətrafdakılara hücumu nəticəsində doqquz nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə NTV telekanalı xəbər verib.

KİV-in məlumatına görə, naməlum şəxs qəfildən yoldan ötənlərə bıçaq zərbələri endirməyə başlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Bildirilir ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb. Hadisənin başvermə şəraiti araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru