KİV: "Həm türklər, həm də kürdlər Suriyada rusların kömək edəcəyinə ümid edir"
11-01-2019, 08:04
Bütün bunlar isə Rusiyanın Suriyada "aparıcı oyunçu" kimi mövqeyinin güclənməsindən xəbər verir.
Suriyada olan kürd qoşunlar və türk ordusu ABŞ prezidenti Donald Trampın regiondan ABŞ qoşunlarının çıxarılmasına dair gözlənilməz qərarından sonra yaranan problemlərin həllində Rusiyaya ümid bağlayır. Bu barədə Sputnik Azərbaycan "The Washington Post" nəşrinə istinadən xəbər verir.
Kürd mənbələrinin sözlərinə görə, onlar Suriya hökuməti ilə razılaşamanın əldə olunmasına yardım etməsi üçün Rusiya tərəfinə artıq müraciət ediblər. Bununla da, kürdlər Türkiyə Silahlı Qüvvələri tərəfindən hücumunun qarşısını almağa çalışırlar. Belə bir təhlükənin Birləşmiş Ştatlar qoşunlarının regiondan çıxmasından sonra yarana bilər.
Bütün bunlar isə Rusiyanın Suriyada "aparıcı oyunçu" kimi mövqeyinin güclənməsindən xəbər verir.
"Demokratik Birlik" partiyasının kürd liderlərindən biri Saleh Muslim nəşrə bildirib ki, Moskva bununla bağlı heç bir öhdəlik öz üzərinə götürməyib: "Biz ruslara öz yol xəritəmizi təqdim etdik. Biz sadəcə qərarı gözləyirik".
Muslimin sözlərinə görə, kürdlərin Rusiya tərəfinə təqdim etdiyi təklif Suriya hökumətinə kürdlərə özünüidarə hüququ olmaqla, muxtariyyət hüququ verilmək qarşılığında Suriya hökumətinə bütün ölkə ərazisində suverenliyi bərpa etmək hüququ verir. Rusiya, hələlik nə türklərə, nə də kürdlərə hər hansı bir yardım etməyə hazır olduğunu bildirməyib.
Bu ilin yanvar ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edəcək. O, burada Rusiya lideri ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.
Qeyd edək ki, 2018-ci il dekabrın 24-də ABŞ prezidenti qoşunların Suriyadan çıxarılması haqqında sərəncam imzalayıb. Ağ Ev tərəfindən qoşunların çıxarılması barədə bəyanat verildikdən sonra ABŞ müdafiə naziri Ceyms Mettis və ABŞ-ın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi Brett Makqerq istefaya gedib.