Türkiyədə generallar sərhədə GETDİ: hücum əmri HƏR AN VERİLƏ BİLƏR

11-01-2019, 20:58           
Türkiyədə generallar sərhədə GETDİ: hücum əmri HƏR AN VERİLƏ BİLƏR
Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş qərargah başçısı Yaşar Gülər ​​və Quru Qüvvələrinin komandanı Ömər Dündar Suriya sərhədində yerləşən Şanlıurfaya gediblər.

BiG.AZ Türkiyə KİV-inə istinadən xəbər verir ki, hərbi səlahiyyətlilər Suriyanın şimalında həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlığın gedişatı ilə maraqlanıblar.

“Qarşımızda Münbiç, Fəratın şərqi var. Bununla əlaqədar olaraq lazımı planlar həyata keçirilib, hazırlıqlar geniş şəkildə davam edir”, - Hulusu Akar deyib.

Müdafiə naziri qeyd edib ki, əvvəlki əməliyyatlarda olduğu kimi buradakı terrorçular da qazdıqları çüxurlarda basdırılacaqlar:

“Türkiyə dövləti ölkəmizdə və ya sərhədlərimiz kənarda, harada olursa-olsun terrora son qoymaqda son dərəcə qərarlıdır. Tək hədəfimiz terrorçulardır. Ət və dırnaq kimi olduğumuz kürd qardaşlarımızla heç bir problemimizin olmadığını ağıl sahibi olan hər kəs bilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru