Ərdoğandan Gül-Babacan-Davudoğlu ittifaqına mesaj: "Nə edəcəksinizsə, indidən ortaya çıxın"

31-08-2019, 17:03           
Ərdoğandan Gül-Babacan-Davudoğlu ittifaqına mesaj: "Nə edəcəksinizsə, indidən ortaya çıxın"
"Bizim partiyadan Türkiyə Böyük Millət Məclisində (TBMM) deputat fraksiyası yaradacaq sayda ayrılanlar olub. Amma onlar heç bir nəticə əldə edə bilmədilər. Eyni zamanda partiyamızdan istefa verib müxalif Cümhuriyyət Xalq Partiyasına keçənlər də var və hazırda orada çətin duruma düşüblər. Bizim partiyanın parçalanmaq kimi problemi yoxdur. Biz Ədalət və İnkişaf Partiyası olaraq, hazırda tarix yazmaq iqtidarındayıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə söhbətində Türkiyə prezidenti, AKP lideri Ərdoğan deyib.

O bildirib ki, Ədalət və İnkişaf Partiyası yerli əhəmiyyətli partiyadan beynəlxalq səviyyəli siyasi təşkilata çevrilib: "Sözlə təhdid olmaz. Onlar nə deyəcəklərini indidən ortaya qoysalar, yaxşı olar. Bizim heç bir narahatlığımız yoxdur".

Qeyd edək ki, AKP-dən istefa verən sabiq nazir Əli Babacanla sabiq baş naziri Əhməd Davudoğlu yeni partiya yaratmağa hazırlaşır. Onlara sabiq prezident Abdullah Gülün də dəstək verdiyi bildiriilir












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru