İlk avtoritet qadın: Övladını “hamam oğlu”na çevirən 21 nəfəri baltaladı

24-09-2019, 07:04           
İlk avtoritet qadın: Övladını “hamam oğlu”na çevirən 21 nəfəri baltaladı
Osmanlı dövründə dünyanı yaxınlarına dar edən, 12 yaşlı oğlu üçün 21 nəfəri baltalayan "Baltalı Hano”nun əsl adı Hanzadə olub. Hanzadənin həm sevgilisi, həm özü avtoritet idi. Baltalı Hano tarixə ilk qadın avtoritet olaraq düşüb.

Bir gün avtoritetin 12 yaşlı oğlu itir. Qadın oğlunu axtarmaq istəsə də, sevgilisi buna imkan vermir. Hanzadə kişi cildinə girərək sevgilisini izləməyə başlayır.
O, izlədiyi müddətcə sevgilisinin xərac topladığını, gecə isə hamama getdiyini görür. Qadın hamama daxil olur və sevgilisinin oğlunu başqalarına sataraq, "hamam oğlu”na çevirdiyinin şahidi olur.

Hanzadə buna çox əsəbiləşir və hamamı isitmək üçün nəzərdə tutulan odunların yanından balta götürərək hamamdakı 21 nəfəri öldürür.

Bundan sonra oğlunu da götürərək üst-başı qanlı halda məhəlləsinə qayıdır. 17 ay ərzində hər kəsə qan uddurur. Daha sonra törətdiyi cinayətlərə görə yaxalanaraq güllələnir. (oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru